Trampın 365 günü – Ermənistan-Azərbaycan prosesi də siyahıda salındı

Baş səhifə

Bu gün – 21 yanvar tarixi ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başladığı gündür.

Modern.az xəbər verir ki, Ağ Evin bununla bağlı mətbuat açıqlamasında qeyd edilir ki, Donald Tramp düz bir il əvvəl Amerikanı gücləndirmək və Amerika xalqının maraqlarını prioritetləşdirmək kimi vacib bir mandatla vəzifəyə qayıdıb.

Ağ Ev qeyd edib ki, Prezident Tramp cəmi 365 gün ərzində həqiqətən əlamətdar nəticələr əldə edərək müasir tarixdə prezidentlik müddətinin ən uğurlu ilk ilini başa vurub.

Siyahıda qeyd edilən 143-cü nailiyyət “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi” olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir