
Bakı. Trend:
Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az
olmayaraq yenidən baxılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az
olmayaraq yenidən baxılacaq.

