
Bakı.Trend:
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir. Növbəti
tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24
yaşlı Əliağa Novruzzadə saxlanılıb.
Trend xəbər
verir kİ, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə
ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə
olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən
elektron tərəzi aşkarlanıb.
Ə.Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğu
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə
əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri
paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto
və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat
verib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

