Ət qutabında at DNT-si aşkarlandı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin
əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev
küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair
oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı
obyektində yoxlama keçirib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektin qida təhlükəsizliyi
qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi,
sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum
olub.




Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının
saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları
antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan
xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi
masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar
aşkarlanıb.
Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından
götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji
uyğunsuzluq və at DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib
olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan
qaldırılanadək dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir