Bu pensiyalar 53 manat artırılır

Baş səhifə

Bakı. Trend:

2025-ci il üçün 5-ci sosial islahatar zərfi qəbul edilib, ötən
ildə minimum əməkhaqqı 16 %, pensiyaların minimum məbləği isə 14,3
% artıb, 3 milyondan çox vətəndaşın sosial rifah halının yüksəlməsi
təmin edilib.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq ölkədə
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial
islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri
8,5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial
təminatının yaxşılaşmasına xidmət edir.

“2018-2025 ci illər ərzində minimum pensiya 2,9 dəfə, orta aylıq
pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə,
ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb”.




Millət vəkili xatırladıb ki, 2026-cı ilin büdcəsində sosial
xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün
ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcə
xərclərinin təxminən 41 %-ni təşkil edir:

“Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat
təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu
il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576
manatdan 53 manat artaraq 629 manata yüksəlməsi
proqnozlaşdırılır”.

M.Quliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi cari ildə də
əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq
əməkhaqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq Əmək
Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq
konvensiyasına cavab verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir