Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının enerji blokunu yenidən işə salıb

Baş səhifə

Bakı.Trend:

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyası olan
“Kasiwazaki-Kariva” AES-in enerji bloklarından biri yenidən
istismara verib.

Trend xəbər verir
ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat
yayıb.

Stansiyanın operatoru “Tokyo Electric Power” (TEPCO)
korporasiyasıdır. Altıncı enerji blokunun isə fevralın 26-dan
etibarən kommersiya istismarına veriləcəyi gözlənilir.




2012-ci ildən fəaliyyət göstərməyən enerji blokunun yenidən işə
salınması yanvarın 20-nə planlaşdırılmışdı, lakin aşkarlanmış
nasazlıqlara görə tarix təxirə salınıb.

“Kasiwazaki-Kariva” AES-in fəaliyyəti 2011-ci ildə “Fukuşima-1”
atom elektrik stansiyasında baş vermiş qəzadan sonra tamamilə
dayandırılmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir