Qrup dietlərinə aldanmayın – Səhiyyə Nazirliyinin mütəxəssis-elspertindən xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Qrup diet proqramları son illərdə geniş yayılmış və xüsusilə
sosial şəbəkələr, fitness mərkəzləri və onlayn platformalar
vasitəsilə populyarlıq qazanıb.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı nazirliyin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə göə bu proqramların əsas məqsədi insanların eyni
qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat
tərzinə keçidini təmin etməkdir:




“Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün
müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış
yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə
bilməz. İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir
sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin
sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud
xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas
amillərdir. Qrup diet proqramlarında isə adətən bu fərdi fərqlər
nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı
tətbiq olunur”.

Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji
çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral
yetərsizliyi inkişaf edə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir