
Bakı. Trend:
Rusiyanın Domodedovo hava limanı yenidən hərraca
çıxarılacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, təkrar hərrac yanvarın 29-da baş tutacaq
və potensial alıcıların ərizəsinin qəbuluna artıq sabahdan (22
yanvar) başlanacaq.
Xatırladaq ki, yanvarın 20-də Moskvanın Domodedovo aeroportunun
satışı üzrə nəzərdə tutulan hərrac baş tutmayıb, belə ki, yeganə
namizəd hərrac sessiyasına buraxılmayıb.
Holdinqin başlanğıc qiyməti 132 milyard rubldan (təxminən 2,89
milyard manat) artıqdır. Hərracın addım məbləği 1,32 milyard rubl
(dəyərin 1 faizi) təşkil edir. 26,45 milyard rubl məbləğində
təminat depoziti 13–19 yanvar 2026-cı il tarixləri arasında
yatırılmalı idi. Əmlakın yeni sahibinə təhvil verilməsi tam ödəniş
həyata keçirildikdən sonra ən gec 30 gün ərzində baş
tutmalıdır.

