Doğma yurdda bayrağı dalğalandırmaq sözlə ifadə oluna bilməyəcək qədər gözəl hissdir – Xankəndi sakini

Baş səhifə

Xankəndi. Trend:

Doğma yurda illər sonra qayıdıb, bayrağını dalğalanarkən görmək,
sözlə ifadə oluna bilməyəcək qədər gözəl hissdir.

Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Xankəndiyə qayıdan şəhər sakini
Cəmilə Musayeva deyib.




O, belə bir xoşbəxtliyi hər kəsə arzuladığını bildirib.

“Belə sevinc hamıya qismət olsun. Doğma yurdda bayrağını
ucaltmaq gözəl bir duyğudur. Məncə, bütün Azərbaycan xalqı bu
arzuyla yaşayırdı. Xalqımız həqiqətən də bu gün çox xoşbəxtdir,
çünki biz qalib bir xalqıq”, – sakin əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir