Ağcabədi əməliyyat: 10 kiloqram narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı.Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar
Atakişiyev tutulub.

Trend-in
məlumatına görə, onun yaşadığı ünvandan 10 kiloqram 235 qram
marixuana aşkarlanıb. Y.Atakişiyevin narkotik vasitəni satmaq
məqsədilə əldə etdiyi müəyyən olunub.




Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
Y.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir