
Bakı. Trend:
Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamədə dəyişiklik
edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam
Kərimov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə
təyin olunan hakimlərin təlim proqramını Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyası ilə birlikdə hazırlayır və Məhkəmə-Hüquq Şurası
ilə razılaşdırmaqla təsdiq, həmçinin ilk dəfə 3 il müddətinə təyin
olunan hakimlərin təlimi və hakimlərin davamlı tədrisi prosesində
iştirak edəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl Hakimlərin Seçki Komitəsi
ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramının
hazırlanmasında və təlim prosesinin müddətinin müəyyən olunmasında
iştirak edirdi.
Məlumat üçün bildirək ki, qərar 2025-ci il dekabrın 30-da
qəbul edilib, 2026-cı il yanvarın 16-da Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilib, yanvarın 17-də qüvvəyə minib.

