Avropa İttifaqı ABŞ-ni qarşılıqlı gömrük rüsumları ilə hədələdi

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Qrenlandiya məsələsi ətrafında yaranmış ticarət
mübahisəsi ilə əlaqədar qısa müddət ərzində ABŞ mallarına qarşı
qarşılıqlı gömrük rüsumları tətbiq edə bilər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının üzvü Valdis
Dombrovskis bildirib.

“Qarşılıqlı rüsumlara gəlincə, biz həqiqətən onları tez bir
zamanda tətbiq edə bilərik”, -deyə o Dombrovskis deyib.




O izah edib ki, belə tədbirlər paketi hələ 2025-ci ildə
hazırlanmışdı, lakin mübahisələrin həlli üzrə danışıqlar
getdiyindən tətbiq olunmamışdı. Onun sözlərinə görə, eyni zamanda,
Aİ Qrenlandiya probleminə konstruktiv həll yolunun tapılmasına
üstünlük verir.

KİV yazır ki, bundan əvvəl Avropa İttifaqının nümayəndələri
artıq fevral ayının əvvəllərində rüsumların tətbiqinə hazır
olduqlarını bildiriblər.

Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp
bildirib ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyini təmin etmək
məqsədilə Qrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunu
Rusiya və Çin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir