
Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı,
Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər,
Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir,
Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə,
Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy,
Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin
Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata
əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai
obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral
xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli
yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.
Sənədlər 19 fevral 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt:
[email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir,
Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı və
Gəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın 24-də;
Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran,
Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz istiqamətlərində 6 lot
üzrə fevralın 27-də;
İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt,
Beyləqan– Gəncə və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə
martın 3-də;
Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6
lot üzrə martın 6-da;
Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın
10-da;
122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi (“Şuşa
şəhərciyi” y/m)), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli
(Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448 nömrəli (Mərdəkan
qəsəbəsi – Şüvəlan qəsəbəsi (“Mayak bağları”) və 512 nömrəli (Aşağı
Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpic
zavodu)) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-də
baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.

