Finlandiya NATO-nun keçirəcəyi irimiqyaslı təlimlərdə iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Finlandiya hərbçiləri bu ilin mart ayında NATO-nun genişmiqyaslı
təlimlərində iştirak edəcəklər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Finlandiyanın briqada generalı
Manu Tuominen bildirib.

Onun sözlərinə görə, Finlandiya dövləti üçün alyans tərəfindən
planlaşdırılan birgə təlimlərin birbaşa Finlandiya ərazisində
keçirilməsi son dərəcə vacibdir.




Yanvarın 12-dən etibarən Finlandiyanın “Utti” alayına məxsus
helikopterlər ölkənin cənubunda, Rusiya sərhədi yaxınlığında
təlimlər keçirir. “NH90” və “MD500” helikopterlərinin təlim
uçuşları Kümenlaakso bölgəsində həyata keçirilib.

2025-ci ilin noyabrında Finlandiyanın şimalında, Rusiya
sərhədindən yüz kilometr məsafədə, “Northern Spike 225” adlı
artilleriya təlimləri baş tutub. Təlimlərdə 2 mindən çox hərbçi və
500 ədəd hərbi texnika iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir