Sosial şəbəkələrdə uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı

Baş səhifə

Bakı. Trend:

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq
bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı
sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti
araşdırma aparılıb.

Trend xəbər
verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat
yayıb.




“Aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki
davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə
alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam
verilməsi barədə qərar qəbul edilib”, – qurumdan qeyd edilib.

Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr
evi–uşaq bağçasının musiqi müəllimi Elnarə Əsgərovanın sosial
mediada müəllim peşəsinə xələl gətirən söz və ifadələr işlətdiyi,
hərəkətlər etdiyini əks etdirən videogörüntülər yayılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir