
Bakı. Trend:
Qrenlandiya hökuməti (Naalakkersuisut) ölkə sakinləri üçün “Böhrana Hazır Olun – Beş Günə Hazır Olun” adlı broşür buraxıb.
Trend-i məlumatına
görə, bu barədə Qrenlandiya Nazirlər Kabinetinin saytında
bildirilib.
Məlumata əsasən, nəşrdə ada ev təsərrüfatlarının potensial
böhrana necə hazırlaşa biləcəyinə dair bir sıra sadə və praktik
məsləhətlər yer alıb.
Təlimatlar üzərində işlərə 2025-ci ildə elektrik kəsintilərindən
sonra başlanılıb. “Tövsiyələr ictimai təhlükəsizliyin
yaxşılaşdırılması və bütövlükdə cəmiyyətin daha yaxşı hazırlığını
təmin etmək üçün hazırlanmışdır”, – deyə qeyd olunub.

