Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb (FOTO)

Baş səhifə

Davos. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta
Kosla görüşüb.

Trend xəbər verir ki, söhbət zamanı Marta Kosun ötən il
Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə
görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş
ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin
təəssürat hissi yaratdığını bildirdi.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir
mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat
bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji
təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.

Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar
minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir
yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu
qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox
sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük
perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir
mübadiləsi aparıldı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir