
Bakı. Trend:
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun “Aytraxt”
futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım
edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası
üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol
klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli
qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə
deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və
qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar.
Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına
aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın
Qarabağ!”

