Azərbaycan futbolu adına çox sevinirəm – Qurban Qurbanov

Baş səhifə

“Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular”.

Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

“Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm”, – o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir