
Bakı. Trend:
Yevlax şəhərində dəm qazından zəhərlənmə nəticəsində bir nəfər
ölüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.
Trend-in
məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hadisə
nəticəsində Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Məhəmməd
İsmayılov həyatını itirib.
Digər dörd nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

