
Bakı. Trend:
Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən
matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Trend reytinq
cədvəlinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”
ötən gecə Bakıda “Ayntraxt”ı məğlub edib. Qurban Qurbanovun
komandası ölkəmizə 0,500 əmsal qazandırıb.
Nəticədə Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.
Azərbaycan 22.750 əmsalla 27-ci yerə yüksəlib.
Sloveniya 22,843 əmsalla 26-cı, Slovakiya isə 22,375 əmsalla
28-ci pillədədir.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) liderlik
edir.

