
Bakı. Trend:
SİMA yeni nəsil rəqəmsal imza “Expressbank” ilə tərəfdaşlığa
başlayıb.
Artıq “Expressbank”da əmanətlərin yerləşdirilməsi prosesi “SİMA
İmza” ilə rəqəmsallaşdırılıb. Bunun üçün müştərilər banka gəlmədən,
“Express24” mobil tətbiqində hesab yaradıb, daha sonra müqavilələri
“SİMA İmza” ilə məsafədən imzalayaraq əmanətlərini yerləşdirə
bilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb
edilmir.
Hazırda “Expressbank”da “SİMA İmza” ilə digər bank
əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də işlər
aparılır.
Qeyd edək ki, SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən
olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” ilə
vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur,
qurumların iş yükü və xərcləri azalır. Mobil tətbiqi yükləməklə
əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün həmişəlik,
sahibkarlar üçün isə ilk 6 ay müddətində ödənişsiz təqdim
edilir.
Rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az
saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək
mümkündür.

