
Bakı. Trend:
Tibb müəssisələrində tibbi tullantıların toplanması işi müəssisə
rəhbərliyinin təsdiq etdiyi cavabdeh şəxs tərəfindən aparılır.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxs müəssisədə tullantılara gündəlik
nəzarəti, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəli
tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və
müvafiq sənəd (şəhadətnamə) almalıdır:
“Personala tullantılarla təhlükəsiz davranma qaydalarının
öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına
cavabdeh şəxs tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
tibb müəssisələrində cavabdeh şəxslərin maarifləndirilməsi,
təlimlərin keçirilməsi, toplanan tibbi tullantıların çəkisi şöbə və
bölmələrdə tullantıların toplanılmasına cavabdeh şəxs tərəfindən
tərəzi ilə ölçülərək qeydiyyata alınmasına, müəssisə üzrə təyin
edilmiş cavabdeh məsul şəxs tərəfindən nəzarət tədbirləri həyata
keçirilərək şöbə və bölmələrdən kənarlaşdırılması üçün toplanan
tullantıların ümumi cəmi hesablanmalı və müqavilə bağlanmış fiziki
və ya hüquqi şəxsə təhvil verilməsinə müvafiq qaydada
sənədləşdirilməsinə nəzarət edir”.

