Azərbaycanda sənaye sektoruna ötən il 8 milyard manata yaxın sərmayə yatırılıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala
yönəldilmiş investisiyaların dəyəri 7,916 milyard manat təşkil
edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1%
azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 37,3%-ə bərabər olub.




Hesabat sənaye sektoruna yatırılmış investisiyaların 5,213
milyard manatı (+4,4%) mədənçıxarma sənayesinə, 636,7 milyon manatı
(-55,6%) emal sənayesinə, 1,711 milyard manatı (+27,4%) elektrik
enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına,
354,8 milyon manatı (+57,6%) isə su təchizatı; tullantıların
təmizlənməsi və emalına yönəldilib.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial
sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az
investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi
sərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı
sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin,
3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət
sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun
75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili
mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi
sərmayənin 80,2 faizini təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir