Bir ekosistemində önəmli dəyişikliklər: yeni strateji idarəetmə dövrü başlayır

Baş səhifə

Bakı. Trend:

30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəmə
şirkəti – “PAŞA Maliyyə Holding”-i fəaliyyətə başlayıb. Bu strateji
addımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir
ekosistemi də yeni holdinqin tərkibinə daxil edilib və idarəetmə
strukturunda mühüm təyinatlar həyata keçirilib.

Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Baş
İcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçı
direktoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçı
direktoru və Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinə
təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-nin
Müşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davam
etdirəcək.

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı
direktoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub.
Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən Kapital
Bank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçı
direktoru səlahiyyəti də verilib.

Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Bir
ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. O, eyni
zamanda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun 1-ci müavini
vəzifəsinə də təyinat alıb. Qeyd edək ki, Cavid Mirzəyev daha öncə
Kapital Bank-ın Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsini icra
edirdi.




Bir ekosisteminin daxilində yaradılan Ödənişlər Biznesinin
rəhbərliyi isə Cəlal Orucova həvalə olunub. Həmçinin, Ödənişlər
Biznesinin istiqamətlərindən olan, ölkənin ən iri elektron pul
təşkilatlarından biri “m10” və “MilliÖn” platformalarını
birləşdirən PashaPay MMC-nin rəhbərliyində də dəyişiklik edilib.
Belə ki, Pünhan Nərimanov PashaPay MMC-nin İcraçı direktoru təyin
olunub.

Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan
Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin
olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə
sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə
rəhbərlik edib.

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank,
Birmarket, m10, MilliÖn və Bir Bonus brendlərini bir çətir altında
birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart
kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini
zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor
şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də
Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da
Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından
və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus,
Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq
müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir