
Bakı. Trend:
ABŞ-də 2028-ci il prezident seçkilərində favoritlər var, lakin
hələlik konkret olaraq bir nəfər haqqında danışmaq tezdir. Bununla
belə, Respublikaçılar Partiyasının varislər üçün “yaxşı ehtiyat
heyəti” mövcuddur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “News
Nation” telekanalının jurnalisti ilə söhbətində bildirib.
“Bizim çox istedadlı adamlarımız var”, – deyə ABŞ lideri qeyd
edib.
Trampın sözlərinə görə, mümkün prezident postuna əsas
namizədləri özü üçün artıq müəyyənləşdirib. Lakin siyasətçi
vurğulayıb ki, hazırda onların adlarını açıqlamaq hələ tezdir,
çünki vəziyyət dəyişə bilər.
Bu arada, ABŞ lideri vitse-prezident Cey Di Vensi və dövlət
katibi Marko Rubionu xüsusi qeyd edib. Onun şəxsi reytinqində
mümkün varislər sırasında maliyyə naziri Skott Bessentin adı da
səslənib. Tramp onları “möhtəşəm” adlandırıb.

