
Bakı.Trend:
Yanvarın 22-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək
Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivi, Buzovna qəsəbəsi Məmməd
Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev,
Əziz Məmmədov, Şəhid İbarət Məmmədov, Abşeron küçələrində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

