KOB-lara təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və
bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq
səviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların
ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi
heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların
tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması,
“yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Agentliyin
video təlim platformasında yerləşdirilmiş onlayn təlim
videolarından, təlim materialları və özünüqiymətləndirmə
testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs
faydalanıb.




Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq,
biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı
340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti
göstərilib.
Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər
istiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznes
biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi
dəstək və xidmətlərdən 7 mindən çox KOB subyekti, startap və
biznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlər
canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir