Ötən il “Azexport.az” vasitəsilə 3200 ixrac sifarişi qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin
sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim
olunub.

Trend xəbər
verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin
yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Enterprise Azerbaijan” portalında 141
startap və 15 ölkə üzrə iştirak qeydə alınıb:

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar
müraciəti daxil olub.




Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 “İxrac
icmalı”, yeddi “İslahat icmalı”, 106 videoicmal, 44 həftəlik icmal,
səkkiz dildə “Türk iqtisadi icmalı”nın dörd sayı, “İqtisadi
islahatlar” jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub,
eləcə də “Scopus” və “Web of Science” bazalarında indekslənmiş 17
elmi məqalə dərc edilib.

İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və
CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində “Orta Dəhliz: cari
reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The
Middle Corridor: Navigating Current Realities and Embracing Future
Prospects) adlı kitab Rumıniyada, “İslam ölkələrinin iqtisadi
potensialı” (The Economic Potential of Islamic Countries) adlı iki
cildlik tədqiqat əsəri isə Böyük Britaniyanın nüfuzlu “Emerald”
nəşriyyatı tərəfindən çap edilib.

Bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə “Halal
iqtisadiyyat”, Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan
milli mətbuatının 150 illik yubileyi çərçivəsində “İctimaiyyətlə
əlaqələrin əsasları”, Azərbaycan Mərkəzi Bankı, Prezident yanında
Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Sığortaçılar
Assosiasiyası” ilə birgə “InsurTech” adlı dərs vəsaitləri nəşr
olunub”.

“İnsan resurslarının inkişafı məqsədilə Mərkəzin əməkdaşlarının
40-dan çox beynəlxalq təlimdə iştirakı təmin olunub, 570 könüllü
proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56
beynəlxalq tədbir və təqdimat həyata keçirilib”, – o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir