
Bakı. Trend:
Rusiyanın Federal Təhlükəsizlik Xİdmətinin (FTX) əməkdaşları
tərəfindən Moskvada Rusiya Federasiyasının təhlükəsizliyinə zərər
vurmaq məqsədilə tapşırıq yerinə yetirmək üçün gəlmiş Moldova
xüsusi xidmət orqanlarının agentinin saxlanıldığı bildirilir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr
Mərkəzi (İƏM) məlumat yayıb.
“Müəyyən edilib ki, 2025-ci ilin dekabr ayında Rusiya vətəndaşı
Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin
Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş tapşırığını
yerinə yetirmək məqsədilə Moskvaya gəlib və hazırlıq mərhələsində
olarkən Rusiya FTX əməkdaşları tərəfindən saxlanılıb”, – deyə
məlumatda qeyd olunur.
Şübhəlidən götürülən rabitə vasitələrində Moldova xüsusi xidmət
orqanının əməkdaşı ilə yazışmalar aşkar edildiyi iddia olunur.

