ABŞ Azərbaycanda ilk ikitərəfli biznes missiyası təşkil edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Ticarət Palatası ABŞ-nin Ticarət və Xarici İşlər
nazirlikləri ilə birgə Azərbaycanla tarixdə ilk dəfə ikitərəfli
biznes missiyasını təşkil edəcək.

Trend ABŞ Ticarət
Palatasına istinadən xəbər verir ki, missiya 9–10 fevral
tarixlərində Bakıda keçiriləcək.




Qeyd olunur ki, iki günlük tədbir çərçivəsində yüksək səviyyəli
nümayəndə heyəti Amerika şirkətlərinin Azərbaycan hökumətinin
rəhbər şəxsləri, dövlət müəssisələri və energetika, müdafiə, kənd
təsərrüfatı, rəqəmsal inkişaf, nəqliyyat, səhiyyə, maliyyə və
investisiya sahələrində aparıcı özəl sektor iştirakçıları ilə
birbaşa qarşılıqlı əlaqəsini təmin edəcək.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir