
Bakı.Trend:
İşçi həqiqi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək
Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə uyğun olaraq xitam
verilir. Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən,
işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı üç misli
miqdarında müavinət ödənilməlidir.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə
gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən
mətbuat konfransında çıxış edərkən deyib.
O əlavə edib ki, 16 yanvar 2026-cı il tarixinədək, yəni Əmək
Məcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindən
təsdiqlənənədək, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki
mislini təşkil edirdi.

