Almaniya rekord templərlə silahlanır – NATO baş katibi

Baş səhifə

Bakı. Trend:

Almaniya rekord templərlə silahlanır: 2021-ci ildə dövlət
silahlanmaya 70 milyard avro xərclədiyi halda, 2029-cu ilə qədər bu
rəqəm az qala 2,5 dəfə artacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte Davosda
keçirilən Dünya İqtisadi Forumunda çıxışında bildirib.

“Avropanın ələlxüsus da Almaniyanın silahlanmasına gəlincə,
Almaniya 2021-ci ildə öz illik büdcəsindən müdafiəyə 70 milyard
avro xərcləyib, lakin 2029-cu ilə qədər bu göstərici 160 milyard
avroya qədər artacaq”, -deyə o bildirib.




Rüttenin sözlərinə görə, Almaniya rekord templərlə yeni hərbi
zavodlar inşa edir. O, xüsusilə 155 millimetr çaplı artileriya
mərmilərinin istehsalını vurğulayıb.

“Almaniya öz silahlı qüvvələrində şəxsi heyət sayını kütləvi
şəkildə artırmaq niyyətindədir. Amma Almaniya ilə yanaşı başqa
Avropa ölkələrində də belədir”,-deyə Rütte əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir