
Bakı.Trend:
ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində
keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə
münasibətilə “Qarabağ” FK-nı təbrik edir.
Trend xəbər
verir ki, bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin sosial media
hesabında paylaşım edilib.
Bildirilib ki, bu oyun qətiyyət, komanda işi və Azərbaycan
futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış
idi.
Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə
hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və
xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir.

