
Bakı.Trend:
Qaradağda qanunsuz ov edənlər saxlanılıb.
Trend-in
məlumatına görə, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən
qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması
hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı
Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov
edən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və
R.Əkbərov olduqları müəyyən edilib.
Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz
ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.
Araşdırma aparılır.

