
Bakı.Trend:
Sabah Biləsuvarın bəzi ərazilərinin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilir ki, Biləsuvar şəhəri T.İsmayılov küçəsində
quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı
ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə
yerinin dəyişdirilməsi məqsədilə aparılacaq işlərlə əlaqədar
olaraq, Biləsuvar şəhərinin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn,
Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir
hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində
yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin
qaz təchizatının 23.01.2026-cı il tarixdə saat 14:00-dan etibarən
işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.

