Bakı və Sumqayıtda silsilə oğurluq edənlər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
Zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət
əşyaları və mobil telefonlarının talandığını bildiriblər.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.




Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən
maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən
Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir