
Bakı.Trend:
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
BildiriliR kİ, tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin
Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram
tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və
metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz
olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış
məqsədilə əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

