
Bakı. Trend:
Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək, onların
böyümə planlarına təkan vermək məqsədilə mikro kreditlər üzrə yeni
güzəşt kampaniyası keçirir. Fevralın 28-dək davam edəcək kampaniya,
sahibkarlara daha əlçatan və müxtəlif seçim imkanları verən sərfəli
maliyyə fürsətləri yaradır.
Kampaniya çərçivəsində sahibkarlar öz bizneslərinin
ehtiyaclarına uyğun güzəşt variantını seçmək imkanı əldə edirlər.
Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiya
xərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 %
komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlər
mövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikro
kreditləri əhatə edir.
2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro
sahibkarlar bu fürsətdən faydalana bilərlər.
Sahibkarlar “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”,
“İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”,
“Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”,
“Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”,
“Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciət
edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117
nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial
media hesablarından (www.facebook.com/unibank.az,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.
Unibank – Sənin Bankın!

