Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında
2026-cı il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na
əsasən, Bakıda Türkiyənin İzmir şəhərində yerləşən NATO Quru
Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Rabitə,
informasiya texnologiyaları və kibertəhlükəsizlik” mövzusunda kurs
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil
olunan kursun əsas məqsədi hərbi qulluqçuların rabitə, informasiya
texnologiyaları və kibertəhlükəsizlik sahələrində nəzəri və
praktiki biliklərinin artırılması, müasir texnoloji həll üsul və
vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu
sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.




Kurs ərzində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu
tərəfindən “Rabitə təminatı”, “İnformasiya texnologiyaları”,
“Kibertəhlükəsizlik” və digər mövzularda brifinqlər təqdim edilib,
nəzəri və praktiki məşğələlər təşkil olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir