Tramp ABŞ-də növbəti “şatdaunun” baş verə biləcəyini xəbərdar edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Demokratik partiyadan olan konqres
nümayəndələrinin ucbatından ölkədə növbəti şatdaunun (ABŞ
hökumətinin bağlanması – Konqres və Prezident federal büdcə
xərcləri barədə razılığa gələ bilmədikdə baş verən vəziyyət-red)
baş verə biləcəyini xəbərdar edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business”
telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bizim problemimiz var, çünki böyük ehtimalla,
sonunda yenidən demokratların ucbatından “şatdaun”a çıxacağıq,
çünki bu, yeganə yoldur, başa düşürsünüz? Hökumətin işinin
dayandırılması bizə baha başa gəldi və mən düşünürəm ki, onlar bunu
yenidən edə bilərlər. Bu ürəyimə danıb”, – deyə Tramp bildirib.




O qeyd edib ki, əvvəlki bağlanma ölkənin iqtisadi
göstəricilərinə mənfi təsir göstərib və onlara daha yüksək
nəticələr əldə etməyə imkan verməyib.

Xatırladaq ki, ölkə tarixində ən uzunmüddətli şatdaunu ötən ilin
noyabrında konqresin qəbul etdiyi müvafiq qətnamə sayəsində başa
çatıb. Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş sənəd
2026-cı il yanvarın 30-dək maliyyələşməni təmin edir və 43 günlük
fasilədən sonra federal qurumların fəaliyyətinin bərpasına imkan
yaratdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir