
Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı
etimadsızlıq barədə qətnamə Avropa Parlamentinin Strasburqda
keçirilən plenar sessiyasında tələb olunan səs sayını toplaya
bilməyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, səsvermənin parlamentin rəsmi saytında
canlı yayımlanıb.
Məlumata görə, təşəbbüsün lehinə 165 avroparlamentari səs verib,
390 nəfər əleyhinə çıxış edib, daha 10 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, Fon Der Lyayen Latın Amerikası ölkələri ilə
bağlanan “Merkosür” ticarət sazişində Avropa fermerlərinin və
vətəndaşlarının maraqlarını kifayət qədər müdafiə etməməkdə və
Komissiyanın səlahiyyətlərini aşmaqda ittiham olunur.

