BNMİ-dən əməliyyat: Narkotik satışı ilə bağlı 2 nəfər tutuldu, 46 kq marixuana aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı ölkə
ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil
edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadə
saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan
ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş
marixuana aşkarlanıb.




Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə fasiləsiz davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir