Kəndlilərə, fermerlərə öz torpağında sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır – Azər Badamov

Baş səhifə

Bakı. Trend:

Qəbul etdiyimiz qanunlar insanların həyat şəraitini
yaxşılaşdırmalı, ölkənin inkişafına xidmət etməlidir. Amma bəzi
qanunlar insanlar üçün müəyyən məhdudiyyətlər, çətinliklər
yaradır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər
Badamov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, cəmiyyətdə müzakirə olunan
mövzulardan biri əhalinin regionlardan paytaxta axını ilə
bağlıdır:

“Bunun qarşısını necə almaq olar? Bu da cəmiyyətdə müzakirə
olunur. Düzdür, paytaxtın əhalisi çoxalır. Bu da tıxaclarla, sosial
infrastrukturla bağlı problemlər yaradır. Şəhər çox əhaliyə
hesablanmadığından belə problemlərin olması mümkündür. Regionlardan
insanların şəhərə axınının qarşısının alınması hamımızı
düşündürməli məsələdir”.




Deputat vurğulayıb ki, kənddə yaşayan insanın fəaliyyəti
torpaqdadır:

“Kəndlərdə zavodlar, fabriklər tikilmir və həmin kəndlilərə,
fermerlərə torpaqda sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır.
Özünün mülkiyyəti olan torpaqda istədiyi məhsulun becərilməsi üçün,
istədiyi kimi istifadə edilməsi üçün şərait yaradılmalıdır. ​Amma
nə baş verir? Torpaq Məcəlləsində, Cinayət Məcəlləsində edilmiş
dəyişikliklərlə kəndlilərə, fermerlərə özlərinin pay torpaqlarında
bitmiş kol-kosdan təmizlənməsi qadağan olunub. Əgər bir fermer və
yaxud kəndli özünün pay torpağını mülkiyyəti hesab edirsə və onun
vergisini verirsə, onun üzərində bitmiş kol-kosdan təmizlənməsində
də sərbəstlik verilməlidir ki, o torpaqdan səmərəli istifadə edə
bilsin”.

A.Badamov əlavə edib ki, fermerlər, kəndlilər özlərinin pay
torpaqlarında, mülkiyyətdə olan digər torpaqlarda özünün şəxsi
məqsədləri üçün, kommersiya məqsədləri üçün, tikinti məqsədləri
üçün ağaclar əkirlər:

“Fermer və ya kəndli öz torpağında, pay torpağında əkdiyi ağaca
qulluq edir, xərc qoyur, böyüdür və ağacı kəsmək istəyəndə qanun
buna icazə vermir. Yəni əgər fermer və ya kəndli öz torpağında belə
bir sərbəstlik əldə etmirsə, təbii ki, bu məhdudiyyətdir və
kəndlinin o torpaqdan gəlir götürməsini də çətinləşdirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir