
Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 3,6 milyon barel
artaraq 16 yanvar 2026-cı il tarixinə 426 milyon barel təşkil
edib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin bu
dövrü üçün beş illik orta göstəricidən 2% aşağıdır.
Moskva vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICE
birjasında 2026-cı ilin mart ayı üçün Brent markalı xam neftin
fyuçerslərinin qiyməti 1,85% azalaraq bir barel üçün 64,03 dollara
düşüb. WTI markalı xam neftin mart ayı üçün fyuçerslərinin qiyməti
isə 2% ucuzlaşaraq bir barel üçün 59,41 dollar təşkil edib.

