
Bakı. Trend:
“Hər ehtimala qarşı hazırda İran istiqamətində gedən çoxlu
gəmilərimiz var”.
Trend xəbər verir
ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Davosdan Vaşinqtona
qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, heç bir mənfi ssenarinin baş verməsini
istəmir, lakin mövcud proseslər diqqətlə izlənilir.
“Bizim o istiqamətdə gedən böyük bir donanmamız var və bəlkə də
ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik”, –
deyə ABŞ Prezidenti əlavə edib.

