SOCAR Italiyada 25 yeni YDM açmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə İtaliyada SOCAR brendi altında 25 yeni YDM-in
açılması nəzərdə tutulur.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft
Şirkətindən (SOCAR) bildiriblər.

Şirkətdən məlumat verilib ki, hazırda ölkədən kənarda SOCAR
brendli 564 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir: “SOCAR
brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin
ölkələr üzrə siyahısı aşağıdaki kimidir:




* Avstriya -87 YDM
* İsveçrə -223 YDM
* Ukrayna -54 YDM
* Gürcüstan -103 YDM
* Rumıniya -83 YDM
* Türkiyə -14 YDM”

Azərbaycana gədikdə, şirklətdən bildirilib ki, hazırda SOCAR
brendi altında ölkə üzrə 72 yanacaqdoldurma stansiyası fəaliyyət
göstərir: “Onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi
Zəngəzur İqtisadi rayonlarında yerləşir”.
SOCAR bu il ölkə üzrə yeni YDM-lərin açılması məsələsinə də
toxunub:

“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə ilk yanacaq
təminatçısı, ilk yanacaqdoldurma stansiyasını istifadə verən məhz
“SOCAR PETROLEUM” QSC olub. Əsas məqsəd aparılan quruculuq işləri
dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi
idi. Qeyd edək ki, hazırda QSC-nin uzunmüddətli inkişaf
strategiyası hazırlanır. Bu strategiya təsdiq olduqdan sonra cari
ildə ölkə ərazisində yeni yanacaqdoldurma stansiyalarının açılması
ilə bağlı işlərin icrasına başlanılacaq.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir