
Bakı. Trend:
Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.
Trend xəbər verir
ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda “İmişli” doğma meydanda “Araz-Naxçıvan”ı
qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Hazırda meydan
sahibləri 17 xalla 9-cu, qonaqlar isə 26 xalla 6-cı pillədə
qərarlaşıblar.
Turun ən maraqlı oyununda isə “Zirə” “Neftçi”nin qonağı olacaq.
Qarşılaşma saat 19:00-da start götürəcək. Meydan sahibləri 20 xalla
7-ci, qonaqlar isə 28 xalla 2-ci pillədə qərarlaşıblar.

