AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycan və qonşu ölkələrin iştirakı ilə
yeni regional inteqrasiya layihəsinin gerçəkləşdirilməsi imkanını
nəzərdən keçirir.

Trend bu barədə
banka istinadən xəbər verir.

Nəzərdə tutulan “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd
infrastrukturunun modernləşdirilməsi mexanizmi” (Borders Upgrades
for Integration, Logistics, and Development Facility) təşəbbüsü
Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Pakistan, Çin Xalq Respublikası, Tacikistan,
Türkmənistan və Özbəkistanı əhatə edir.




AİB-dən bildirilib ki, layihə üzrə nəzərdə tutulan
maliyyələşdirmə həcmi 50 milyon ABŞ dollarıdır.

Hazırkı mərhələdə layihənin icra mexanizmləri, müddətləri və
ölkələr üzrə komponentləri daxil olmaqla əlavə detallar
açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir