Paşinyan II Qareginə qarşı cinayət işi hazırlayır

Baş səhifə

Ermənistan hüquq-mühafizə orqanları bütün ermənilərin katolikosu II Qareginə qarşı “çirkli pulların yuyulması” ittihamı ilə yeni cinayət işi hazırlayır.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, söhbət kilsə tərəfindən “Şoqhakat” telekanalının direktoru Mane Qazaryana verilən və sonradan satılan mənzillə bağlıdır.

Qazaryan şahid qismində dindirilərək İstintaq Komitəsinə çağırıldığını təsdiqləyib. O, işi əsassız və telekanalın fəaliyyəti ilə əlaqəsiz hesab etdiyini bildirib.

Prokurorluqdan rəsmi şərh alınmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir